MobiTel Sizi əməkdaşlıq etməyə dəvət edir:
MobiTel mobil xidmətlər sahəsində işləyən və ya işləmək istəyən hər kəslə qarşılıqlı iş görmək marağındadır. Fəaliyyətdə olduğumuz 12 il boyunca biz bu xidmətləri əməkdaşlıq etdiyimiz NOKIA və AZERCELL vasitəsilə təqdim edirik , həm də özümüz diler şəbəkəsini Bakıda, Abşeronda və Azərbaycanın digər rayonlarında aktiv inkişaf etdiririk.
MobiTel-in dileri kimi, Siz, öz müştərilərinizə kompaniyanın Azərbaycanda olan rəsmi distributorundan olan orijinal Nokia telefonları və onların aksessuarlarını təqdim etmək imkanı və bundan əlavə orijinal metodika üzrə NOKIA kompaniyası tərəfindən verilən zəmanətlə, onların satışını həyata keçirə bilərsiniz.
Qeyd edilmiş sahədə MobiTel ilə əməkdaşlığın faydası, dilerlər üçün şəffaf qiymət sisteminin təkanı, lakin, hər şeydən əvvəl mal kreditinin alınması imkanı ilə təmin ediləcək.
MobiTel-in partnyoru olmaqla, Sizin müştəriləriniz – NOKIA mobil telefonlarının istifadəçiləri, hər il NOKIA kompaniyası tərəfindən inkişaf etdirilən və realizə edilən, mobil rabitə qurğuları texnologiyası sayəsində, öz artan tələblərini daha çox təmin edəcəklər.
Mobil telefonlarının istehsalı sahəsində dünya lideri olan NOKIA kompaniyası, MobiTel ilə 1996-cı ildən əlverişli əməkdaşlıq əsasında, öz məhsulu üçün, Azərbaycanda daim birinci yeri təmin edir.
NOKIA və MobiTel ilə birinci olun !!!