2005-ci ilin Dekabr ayında MobiTel şirkəti Qafqazyanı ölkələrdə ilk dəfə olaraq şəhərin mərkəzi küçələrindən birində yerləşən və NOKIA-nın avtorizə edilmiş satış nöqtəsi olan Konseptual satış mərkəzi (CONCEPT STORE) açıldı.
NOKIA Konseptual satış mərkəzinin əsas məqsədi – NOKIA məhsullarının çeşidlərini təqdim etmək, həmçinin, alıcılara NOKIA yeniliklərinin bütün üstünlüklərini rahat şəraitdə dəyərləndirmək imkanı yaratmaqdır. Bu proqramın əsas məqsədi alıcıların qeyri-orijinal və sertifikatsız NOKIA mobil telefonlarının yayılmasının qarşısını almaqdır. Biz alıcılarımıza yüksək servis və xidmət təqdim edirik.
Satış üzrə konsultantlarımız NOKIA Akademiyasında xüsusi təlim keçmişlər. Bunun üçün NOKIA tərəfindən təlim üzrə yüksək ixtisaslı mütəxəssislər dəvət olunmuşdur. Bizim satış mərkəzimizdə nəyinki indiki zamanda mövcud olan NOKIA telefon modelləri barədə, həmçinin, mobil rabitəsi haqqında geniş məlumat əldə edə bilərsiniz.
CONCEPT STORE –da müxtəlif: “Hisslərini MUSİQİYƏ çevir”; “Test Drive”; “Yayın MUSİQİ sərinliyi” kimi aksiyalar keçirilmişdir.
2006-cı ilin Oktyabr ayından CONCEPT STORE-da alıcılara NOKIA mobil telefonlarının istənilən modellərini, əməkdaşlıq etdiyimiz Bank tərəfindən kredit şəklində əldə etmək imkanı yaradan kredit şöbəsi fəaliyyət göstərir.
Kredit kalkulyatoru və kredit şərtləri