Sizi servis xidmətləri bölməsində salamlayırıq və zəmanət xidmətlərinin şərtləri haqqında məlumat vermək istəyirik.
1. İstehsalçı zəmanət kartı ilə satılan vaxtdan etibarən 12 ay ərzində telefonların pulsuz servis xidmətlərini təmin edir.
2. Zəmanət şərtləri, yalnız istehsalçı tərəfindən buraxılan qüsurlar olduqda etibarlı sayılır.
3. Telefonların içərisinə maye keçdikdə, mexaniki zədələr aldıqda, səlahiyyətsiz proqram dəyişiklikləri və təmir olduqda zəmanət kartı etibarsız sayılır.
4. Zəmanətli təmir müddəti təmirin mürəkkəbliliyindən və ardıcıllığından asılı olaraq, 2 gündən 14 günə qədər ola bilər.
5. Təsdiq edilməmiş açılmaların qarşısını almaq məqsədi ilə, təqdim olunmuş bütün telefonlar holoqram, zəmanət talonu və plomb ilə işarə olunur.
6. Satıcı-konsultantlardan zəmanət talonunun düzgün formada doldurulmasını tələb etmənizi xahiş edirik. Əks təqdirdə, Sizin zəmanət talonunuz etibarsız sayılacaq.