1. Sual:
Telefonun yaddaşında və yaddaş kartında saxlanan mövzuları necə ləğv etmək mümkündür?
Cavab:
Telefonun yaddaşına və yaddaş kartına yazılmış mövzuları ləğv etmək üçün, ilk öncə menyu, sonra vasitələr və daha sonra əlavələr dispetçerinə daxil olmaq lazımdır.
Yaxşı olardı ki, mövzular telefonun yaddaşına yazılmasın, belə ki, hər hansı bir proqramın və ya mövzunun silinməsi zamanı, problemlər əmələ gələ bilər.
2. Sual:
Telefonun şriftini necə böyütmək olar?
Cavab:
Bu funksiya yalnız smartfonlar üçün mümkündür. Telefonunuzda şrifti böyütmək üçün, internetdən müvafiq proqram yükləmək lazımdır. Məsələn: Psiloc Font Magnifier. Bu proqramı www.allnokia.ru saytından yükləyə bilərsiniz.
3. Sual:
Ayrıca qovluqları necə qorumalı və onlara parolun qoyulması?
Cavab:
Bu funksiya da yalnız smartfonlara aiddir. Siz www.allnokia.ru saytından Advanced Device Looked proqramını yükləyə bilərsiniz. Bundan əlavə lisenziya proqramı əldə edə bilərsiniz.
4. Sual:
Telefonlarda və smartfonlarda elektron poçtunu necə quraşdırmaq olar?
Cavab:
Məlumatlara daxil olub, elektron poçtu və elektron poçtunun quraşdırma köməkçisinə bağlantı zamanı POP3 portunu seçin. Daha sonra elektron ünvanını daxil edərək, məlum funksiyanın tələblərini yerinə yetirmək lazımdır.
5. Sual:
Telefonlar ofis proqramlarını dəstəkləyirmi? (Office Program)
Cavab:
Ofis proqramlarının dəstəklənməsi yalnız smartfonlarda mümkündür....
6. Sual:
WAP, GPRS və MMS brauzerləri ilə işləmək üçün tənzimləmələri necə əldə etməli?
Cavab:
Siz bu xidmətdən, telefonun modelini 9595 nömrəsinə qısa sms göndərərək, daxil olan bütün konfiqurasiyaları telefonunuzun yaddaşında saxlayaraq, pulsuz istifadə edə bilərsiniz. Göndərilən bütün konfiqurasiyaları yaddaşa yazdıqdan sonra, xidmətin aktivləşdirilməsi üçün, telefonunuzu söndürüb yandırın.
7. Sual:
Abonentlər arasında ayrıca qrupu necə yaratmalı və bu qrup üçün ayrıca melodiyanı necə tətbiq etməli?
Cavab:
Bunun üçün siz menyuya, sonra abonentlərə daxil olmalı və qrup funksiyasını seçməlisiniz. Funksiya düyməsi vasitəsilə yeni qrupu yaratmaq və "qrupa daxil etmək" funksiyası vasitəsilə seçim etmək lazımdır. Bu vasitə ilə, sizin yaratdığınız qrupa yeni abonentlər əlavə etmək imkanı yaranır. Yaratdığınız qrup üçün ayrıca melodiyanı, funksiya, melodiya seçimi funksiyası vasitəsilə təyin edə bilərsiniz.
8. Sual:
Smartfonlar üçün müxtəlif proqramları necə əldə etmək olar?
Cavab:
Müxtəlif proqramları www.allnokia.ru saytı vasitəsilə əldə edə bilərsiniz.
9. Sual:
İnfraqırmızı port vasitəsilə bağlantını necə yaratmalı?
Cavab:
Əyər sizin Nokia cihazı infraqırmızı port vasitəsilə bağlantını dəstəkləyirsə, siz infraqırmızı portu Connect, Connections və ya Connectivity (Bağlantı) menyusunda aktivləşdirə bilərsiniz.
- İnfraqırmızı portun nişanını seçin və ya İnfrared (İK-port) qovluğunu açaraq, Activate əmrini seçin.
- Əmin olun ki, sizin qoşmağa çalışdığınız cihazların infraqırmızı portları bir-birinə yaxın dairədə (təxminən 30 sm) yerləşmişdir.
10. Sual:
Telefonun sertifikatlaşdırılmış olduğunu necə müəyyən etmək olar?
Cavab:
Telefonunuzun seriya nömrəsini öyrənmək üçün, *#06 kodunu yığmaq lazımdır. Sonra İMEİ kodu 7722 qısa nömrəsinə yollayırsınız.
11. Sual:
Buraxılış ilini və Life Timer-i necə öyrənmək olar?
Cavab:
Buraxılış ilini, Life Timer-i və sair. öyrənmək üçün *#92702689# YES kodunu yığırsınız.
12. Sual:
Telefonu zərərli proqramlardan necə qorumalı?
Cavab:
Telefonunuzu zərərli proqramlardan aşağıdakı sadə tələbləri yerinə yetirməklə, qoruya bilərsiniz.
- Bluetooth-bağlantı üçün gizli rejim təyin edin, görünmə rejimini yalnız lazım olduğu zaman aktiv edin.
- Bluetooth bağlantı və ya multimedia mesajları vasitəsilə daxil etmələri qəbul etdikdə, ehtiyatlı olun. Praktikada bu o deməkdir ki - kim tərəfindən göndərildiyini bilmədiyiniz bu növ bağlantı vasitəsilə yollanan daxil etmələri açmağınız məsləhət görülmür.
- Naməlum və etibarsız mənbələrdən gələn kontentləri qəbul etməyiniz və telefona yükləməniz məsləhət görülmür.
13. Sual:
Telefonun lüğətindən necə istifadə etməli?
Cavab:
Telefonunuzun lüğəti mətnin intellektual daxil edilməsi funksiyasını dəstəkləyir, bununla, bu funksiya vasitəsilə, məsələn, mesajın tərtib edilməsi rahat və tez baş verir. Mətnin intellektual daxil edilməsi zamanı, telefonda olan lüğətdən istifadə edilir və bununla da o geniş yayılmış klavişlərin uyğunlaşmasını müəyyən edir. Bu zaman siz klavişləri hər hərfin ayrılıqda seçilməsi üçün bir-neçə dəfə yox, məhz, bir dəfə istifadə edirsiniz.
Telefonların bütün redaktorunda mətnin intellektual daxil edilməsi funksiyasını, telefonun menyusunda olan Settings vasitəsilə aktiv və ya de-aktivləşdirə bilərsiniz.
- Bir çox telefonlarda bu funksiyaları yerinə yetirmək üçün telefonun menyusunda Tools, daha sonra Settings, sonra Ohone və General funksiyasını seçmək lazımdır. Sonra Dictionary à Dictionary On və ya Off. Bu zaman, mesajların yazılması üçün məhz sizin seçdiyiniz dilin lüğəti aktiv və ya de-aktivləşir.
14. Sual:
Mənim telefonum təhlükəsizlik kodunu tələb edir.
Cavab:
Sizin telefonunuz avtorizə edilməmiş istifadədən müdafiə olunmaq üçün bir və ya daha çox kodlarla təchiz edilmişdir. Nəzər almaq lazımdır ki, telefonu müdafiə edən təhlükəsizlik kodu SİM-kartın müdafiə olunması üçün mövcud olan PİN-koddan fərqlənir. Əgər sizin telefon təhlükəsizlik kodunu tələb edirsə, və əgər siz bu funksiyanı aktivləşdirməmişsinizsə, bu zaman:
- Avtomatik təyin edilmiş kodu: 12345 daxil edin. Bu kodu yalnız bir dəfə daxil etmək lazımdır.
15. Sual:
Telefonda olan məlumatların ehtiyat surət çıxarılmasını necə həyata keçirməli?
Cavab:
Siz telefon nömrələrini və eləcə də müxtəlif növ informasiyaları öz SİM-kartınıza kopiyalamaq imkanı verir. Uyğun kompüterə telefon kontentinin kopiyalanması üçün, PC Suite paketindən istifadə edin - bu, telefon məlumatlarının kompüterdə saxlanması, redaktə edilməsi və sinxronlaşdırılması üçün pulsuz proqram təminatıdır.
Telefon nömrələrinin SİM-karta kopiyalanması misalı (telefon Nokia 6500 classic):
- Contacts seçin
- Bir və ya bir-neçə kontakt seçin
- Options menyuda Copy to SİM direct funksiyasını seçin. Siz kopiyalamaq istədiyiniz kontakt məlumatlarını seçə bilərsiniz.
- Nəzərə alın ki, kopiyalamaq istədiyiniz kontaktların sayı, SİM-kartın həcmi ilə məhduddur. SİM-kartda saxlanan hər-bir nömrə, ayrıca kontakt kimi saxlanacaq.
16. Sual:
Nə üçün telefon təyin edilmiş səs gurluğu zamanı əvvəlcə alçaqdan, artan funksiya üzrə səslənir? Bunu necə aradan qaldırmalı?
Cavab:
Bu istehsalçı tərəfindən dinamikin qorunması və həm də əgər istifadəçi səsi söndürməyi yaddan çıxarmışsa, ona zəngi söndürmək imkanı vermək üçün nəzərə alınıb. Bunun üçün menyu - parametrlər - siqnallar - zəngin ucalığı funksiyasına daxil olaraq, səs dərəcəsinin qabaqkı, yəni (4) dərəcəsini təyin edirsiniz.
17. Sual:
Nokia PC Suite proqramının hansı versiyası Nokia 5800 modeli ilə çalışır?
Cavab:
Nokia 5800 Xpress Music rəsmi olaraq dəstəklənən PC Suite versiya 7.1.18.0 siyahısında meydana çıxdı.
18. Sual:
Quraşdırılmış yaddaş həcmi nəyə təsir edir?
Cavab:
Quraşdırılmış yaddaş iki növə bölünür: operativ (RAM) və daimi (ROM). Operativ yaddaş proqramların sürətli fəaliyyətinə təsir göstərir, belə ki, bəzi proqramlar yalnız operativ yaddaşda quraşdırılır. Daimi yaddaşın həcmi smartfonlarda saxlanan məlumatların sayına təsir edir. Daimi yaddaş bir qayda olaraq dəyişik kartlar vasitəsilə genişləndirilmə imkanına malikdir, lakin operativ yaddaşı artırmaq isə mümkün deyil: o artıq qeyd edilmiş və istehsalçı tərəfindən müəyyən edilir.
19. Sual:
Müdafiə edilmiş fayllarla necə mübadilə etməli?
Cavab:
Adətən müdafiə edilmiş fayllar - bu genişlənən .mid (musiqi), .sis (Symbian əlavəsi) və ya .jar (Java əlavəsi) ilə olan fayllardır. Bu növ faylların Bluetooth vasitəsilə ötürülməsi üçün bir-neçə üsul mövcuddur: 1. Smartfonunuzda faylın genişlənməsini dəyişin, məsələn, *.sis à *.si. Dəyişən faylı ötürün və sonra qəbul edəcəyiniz cihazda faylın adını əvvəlki genişlənməyə qayıdaraq yenidən təzələyin. 2. Daha çox istifadə olunan üsul. Smartfona fayl-menecer X-Plore proqramını daxil edin. Bu proqram məlumatların Bluetooth vasitəsilə ötürülməsi üçün şəxsi protokolundan istifadə edir və bütün növ faylları ötürmə imkanına malikdir.
20. Sual:
Smartfonda Wi-Fi hansı üstünlükləri yaradır?
Cavab:
İlk öncə bu hər yerdə quraşdırılan və "hot spot" vasitəsilə internetə yüksək sürətlə (54 Mbit/san) naqilsiz daxil olma imkanıdır. Bir çox hallarda hot-spot- ların istifadəsi pulsuzdur (aeroportlar, mehmanxanalar, biznes-mərkəzləri), lakin, bəzən kiçik ödəniş edilməsi tələb olunur və ya hot spot quraşdırılmış restoranda sadəcə olaraq sifariş etmək lazımdır. İkincisi, Wi-Fi -dan istifadə edərək, smartfonu evdə quraşdırılmış naqilsiz şəbəkəyə qoşmaq mümkündür, məsələn, kompüterdən hər-hansı bir məlumatı sinxronizasiya etmək və ya sadəcə köçürmək üçün.
21. Sual:
"Uçuş rejimi" nədir?
Cavab:
Uçuş rejimi (Airplane mode) - bu xüsusi bir rejimdir ki, bu rejimə keçid zamanı telefon və ya smartfon təyyarədə istifadə edilmə üçün təhlükəsiz rejimə keçirilir. Bu funksiya radioötürücüləri və qəbulediciləri bloka salır, lakin, telefonun digər funksiyalarına təsir göstərmir. Uçuş zamanı və ya xəstəxanada, ətrafda yüksək həssaslı elektron cihazları əhatəsində siz musiqi dinləmək və ya pasyans oyunu oynamaq həzzindən məhrum edilməyəcəksiniz.
22. Sual:
Telefonda "qara siyahını" necə yaratmalı?
Cavab:
Bir-çox telefonlarda zənglərin idarə olunması funksiyasında "Qadağan edilmiş nömrələr" və ya "Zənglərin qadağan olunması" punktu mövcuddur. Birinci halda siz "qara siyahı"-ya daxil etmək istədiyiniz nömrələri qeyd edirsiniz (yəni, eşitmək istəmədiyiniz abonentləri), ikinci halda isə əksinə - "ağ siyahı"-ya daxil etmək istədiyiniz nömrələri, yəni, ünsiyyət saxlamaq istədiyiniz abonentlərin nömrələrini daxil edirsiniz. Qara siyahıya daxil etdiyiniz abonent zəng vurduğu zaman, telefon onu xüsusi servisə yönləndirəcək və bu zaman zəng vuran abonentə operator, sizi narahat etməməyinizi izah edəcəkdir. Bu zaman rouminq sizin hesaba sayılmayacaq.