MobiTel ticarət nişanı kimi tanınan şirkətimiz, rəsmi olaraq 1996-cı ilin Noyabr ayında, ölkəmizdə GSM mobil rabitə standartlarının istifadəsinə keçid dövrü ilə eyni zamanda fəaliyyətə başlamışdır. Artıq 14 ildir ki, MobiTel NOKIA-nın Azərbaycandakı rəsmi distribyutorudur.
Həmçinin MobiTel birinci dərəcəli AzerCell mobil operatorunun rəsmi distribyutorudur və bu sahədə bizim əsas məqsədimiz - yeni abunəçilərin cəlb olunması, operator tərəfindən ixtiyara buraxılmış geniş spektrlı xidmətlər və onların təklif etdikləri məhsulların yayılmasıdır.
1997-ci ilin ortalarında, şirkət tərəfindən satılmış bütün telefonlara zəmanətli və zəmanət müddətindən sonrakı texniki xidmətlərin göstərilməsi məqsədi ilə, avtorizə edilmiş MobiTel servis-mərkəzi istifadəyə verildi.
2005-cı ilin Dekabr ayında, Azərbaycanda və eləcə də bütün Cənubi-Qafqaz bölgəsində ilk və yeganə NOKIA konseptual satış mərkəzi açıldı.
Bizim şirkətimizdə 100-ə yaxın yüksək ixtisaslı əməkdaş çalışır. İldə 2 dəfə bizim konsultanlarımız «NOKIA ACADEMY» proqramı üzrə və eləcədə hər kvartalda, xüsusi olaraq AzerCell Telecom mobil rabitə operatorunun təşkil etdiyi treyninqlər çərçivəsində təlim keçirlər. Hətta, bizim salondan alış-veriş etmədən, siz, hal-hazırda mövcud olan istənilən NOKIA telefonlarının modelləri və aksessuarları barədə tam və ətraflı məlumat əldə edə bilərsiniz.
Siz bizim mağazadan, NOKIA telefonlarını istər kredit, istərsə də köçürmə yolu ilə əldə edə bilərsiniz.
Bizim məqsədimiz - rəsmi NOKIA mobil telefonlarını, Azərbaycanın bütün bölgələrinin telekomunikasiya bazarında intişar etmək və istehlakçılarımızı qeyri orijinal mallardan qorumaqdır.