MobiTel-in keçirdiyi Nokia X3 haqqında şüar - aksiyasında keçirildi. Səhifəyə 1850 dəfə müraciət edilsə də, ancaq 300-ə yaxın halda şüar təklif olunub.
Müsabiqədə cəmi 197 nəfər iştirak edib.
Onlardan 174 nəfər yaşayış yerinin Bakı, 8-i Sumqayıt olduğunu göstərmiş, 13 nəfər isə Azərbaycanın başqa yerlərindən olmuşdur. Bir nəfər azərbaycanlı Berlindən 2 şüar yazmışdır. Düzcədən olan bir türk qardaşımız müsabiqədə 1 şüarla iştirak etmişdir. Bir nəfər yer adı əvəzinə familiyasını göstərmişdir.
İştirakçılar 644 şüar təklif etmişdir. Aydındır ki, burada formal leksika çərçivəsində olan təkliflərdən söhbət gedir. Şüarlardan 591-ni sayta 257 müraciətdə Bakıdan göndərilmişdir. Beləliklə, Azərbaycanın başqa yerlərinin payına heç 50 şüar düşmür.
Gecəyarısı miniatyur söz yaradıcılığı üçün ən məhsuldar vaxtlardan imiş (76 şüar). Amma insanın daha fəal olduğu saatlarda da (9-20) yaradıcılığın bu növünə diqqət az yetirilməyib (486 şuar)
Şüarlar 35 saytdan olan 200 elektron poçt ünvandan göndərilib. Saytlardan 13-ü ayrı-ayrı şirkət və idarələrə aid olmuşdur.
Orta hesabla 3-dən çox şüar göndərilib. Maksimum bir nəfər 34 şüar.
İştirakçılar orta 147 işarə yazıb. Ən cox yazan 11 şüara 2022 işarə sərf edib, ən az yazan 9 işarə ilə kifayətlənib. 34 şüar yazan 1414 işarədən istifadə edib.
Yenə də orta hesabla, şüarın uzunluğu 45 işarə olub. Ən uzun şüar təklifində 492 işarə var. Şüarlardan 517-nin uzunluğu 50 işarədən çox deyildir. Daha 85-nin uzunluğu 51-lə 100 arasındadır. Uzunluğu 20 ilə 40 arasında 344 şüar var.
Şüarlar arasında təkrar göndərilənlər də olub.
Seçim prosesi:
Bu, gözlədiyimizdən maraqlı keçdi. Münsiflər heyəti - MobiTel-in menecerləri və mütəxəssisləri, müəllifləri bilinməyən şüarlardan əvvəlcə 100-nü, sonra bunlardan 40-nı, daha sonra 1-dən 5-dək qiymət verərək 25-ni seçdilər.
İştirakçı Rəfiq Əlilinin göndərdiyi "Atalar 3-dən, MobiTel Nokia X3-dən deyir" şüarı "NOKİA X3-ə şüar yaz!" müsabiqəsinin qalibi oldu.
Müsabiqənin başqa mükafatlarına layiq görülmüş iştirakçıların adları ilə tanış olun:
1. Məmmədov Mustafa
2. Hacıyev Elvin
3. Əkbərova İlahə
4. Məlikov Fikrət
5. Abdullayev Zülfüqar
6. Məmmədov Asəf
7. Kərimli Rəşad
8. Tahirli Oğuztoğrul
9. Hüseynova Səbinə
10. Kərimov Emin
11. Quliyev Bəhmən
12. Mahmudova Kəmalə
13. Bayramov Namiq
14. Yusubov Elçin
15. rufat555@yahoo.com
16. Xankişiyev İlkin
17. Əsədov Elvin
18. Hüseynov Anar
19. Əhmədzadə Emin