Yaxın gələcəkdə mobil telefonları sahəsində baş verən qaçaqmalçılıq və oğurluq əleyhinə Azərbaycanda telefonların İMEİ-kodları üçün məlumat bazası yaradılacaq.
İMEİ-kod - İngilis dilindən ixtisar olunmuş və mobil cihazların Beynəlxalq eyniləşdirilmə kodu kimi ifadə olunur.
Yaradılmış məlumat bazası vasitəsilə, insanların sağlamlığına zərər gətirə biləcək, saxta telefonların idxalı, satışı və istifadə edilməsinə son qoymaq imkanı yaranacaq.
Qeyd etmək lazımdır ki, yaranmış məlumat bazasından artıq bir-çox Avropa ölkələrində, eləcə də Türkiyə və Ukraynada da istifadə edirlər. Azərbaycanda yaradılmış məlumat bazasına ölkədə olan mobil telefonlarının İMEİ-kodları daxil olacaq.
Daha sonra, məlumat bazasına məşhur istehsalçıların rəsmi distributorları tərəfindən gətirilən telefonların kodları da daxil ediləcək.
Nəticədə, qaçaq mallardan, oğurlanmış və ya rəsmi qeydiyyat keçməyən mobil telefonlardan istifadə etmək mümkün olmayacaq, çünki, mobil rabitə operatorlarının heç biri bu cür mallara xidmət göstərməyəcək.