EVO Store- Azərbaycanda EVOLUTION konsepsiyasına uyğun yenilənmiş mağaza
Nokia öz rəsmi distribyutoru olan MobiTel şirkəti ilə birgə Bakı şəhərində Azərbaycanda ilk dəfə olaraq EVOLUTION konsepsiyasında yenilənmiş Nokia salonunu təqdim etdi. Nokia mağazası yenə də həmin məkanda, Fizuli küç., 49 ünvanında yerləşir.
Keyfiyyətli, sertifikatlaşdırılmış Nokia məhsulunu əldə etmək istəyən bütün istifadəçilər ən son model smartfon və telefonları, standart yükləyiciləri və avtomobil üçün cihazları, USB-naqilləri, mini-qarnituraları və başqa aksessuarları şəhərin düz mərkəzindəki bu yeni Nokia salonundan ala bilərlər. Nokia salonundan hər bir qiymət seqmentinə uyğun cihaz və aksessuarları alanda istifadəçi əmin ola bilər ki, bunun müqabilində sertifikatlaşdırılmış keyfiyyətli məhsul əldə edir və MobiTel zəmanət talonu ilə zəmanət müddətində və müddətindən sonra yüksək keyfiyyətli texniki xidmətlə təmin olunur.
EVOLUTION konsepsiyasının mahiyyəti ondan ibarətdir ki, mağazaya daxil olan hər istifadəçi Nokia məhsul və xidmətlərini, məsələn, Nokia proqram əlavələri mağazasından ayrı-ayrı proqramları, Nokia Xəritələrini, Mail for Exchange poçt imkanını və digər xidmətləri özü sınaqdan keçirə bilir. Salon bir neçə tematik nümayiş zonalarına bölünmüşdür. LCD ekranlarla təchiz edilmiş bu nümayiş zonaları əsas Nokia xidmətlərinə - Nokia proqram əlavələri mağazası, elektron poçt, musiqi, Nokia Xəritələri, sosial şəbəkələr və sairəyə uyğun şəkildə təşkil olunmuşdur. Salonun əməkdaşları hər zaman tələb olunan aksessuar barədə məlumat verir və istənilən xidməti seçməyə və qurmağa yardımçı olur. Həmçinin istifadəçilər bu xidmətləri yerindəcə aktivləşləşdirə və yeniləşdirə bilirlər.


