məsələn:nokia 8800

Satılan mobil telefonlara satış sonrası xidmətin göstərilməsi üçün MobiTel şirkətinin Servis Mərkəzi 1997-ci ilin ortalarında yaradıldı. 1997-ci ilin sonunda NOKIA şirkəti ilə distributor müqaviləsi bağlandıqdan sonra avtorizə olunmuş servis mərkəzinin yaradılmasına ehtiyac yarandı.

1998-ci ilin yay ayında MobiTel şirkəti tərəfindən servis mərkəzinin avtorizasiyasının alınması üçün bütün şərait yaradılmışdır. NOKIA korporasiyasının mütəxəssisləri tərəfindən keçirilmiş inspeksiyanın nəticəsinə görə Cənubi Qafqazda ilk dəfə olaraq bizim servis mərkəzinə sertifikatla təsdiqlənmiş üçüncü dərəcəli status verilmişdir. Dörd mövcud dərəcədən üçüncüsü – servis mərkəzi tipli müəssisənin malik ola biləcəyi ən yüksək statusdur. Cari status ən çətin təmir işlərini aparmaq hüququna malikdir. 2003-cü ilin Dekabr ayından bizim servis mərkəzi NOKIA-nın milli xidmət partnyoru statusuna layiq görülmüşdür.

Bu gün ki gündə fiziki və hüquqi şəxslər üçün mobil telefonların təmiri və texniki xidmətləri üçün MobiTel servis mərkəzi NOKIA-nın Azərbaycanda yeganə servis mərkəzidir. Texniki xidmətlər göstərilərkən NOKIA korporasiyası tərəfindən təqdim olunan orijinal ehtiyat hissələri istifadə olunur. Bizim mərkəz üçüncü dərəcəli təmirlərin aparılması üçün bütün avadanlıqlarla təmin olunub.

ESD (Electrical Static Discharge) standartlarına müvafiq olaraq servis mərkəzi anti-statik avadanlıqla müdafiə olunub.

Mərkəzdə təlim və sertifikat almış yüksək ixtisaslı mühəndis-elektronçu mütəxəssislər çalışırlar. Mərkəzdə müştərilərin dəstəyi üzrə “qaynar xətt” fəaliyyət göstərir. Bundan əlavə burada müştərilərə kompüter ilə əlaqənin sinxronizasiya edilməsi üçün telefon və rabitə proqramlarının quraşdırılması üzrə konsultasiyalar verirlir. Yuxarıda sadalanan bütün xidmətlər yekun olaraq, dünya standartlarına uyğun ən yüksək təmir işlərinin həyata keçirilməsini təmin edir.  


Texniki xidmət mərkəzlərinin ünvanları:

Bakı, M.Hüseyn küç.,79. Tel: +99 412 497 11 44; 447 38 44; 99 450 202 98 98

Gəncə, Atatürk pr.,247/a,Mərkəzi Univermağın yanı. Tel: +99 422 66 26 91

Lənkəran, H.Aslanov xiyabanı 24a. Tel: +99 417 15 29 11

Zaqatala, H.Əliyev pr.,165. Tel: +99 417 45 65 59

Мобильные телефоны


 
Корпоративное соглашениеДилерская сетьСервис центрДилерский контракт