Məşhur şüar «Nokia - Connecting people» özünü təsdiqləyir - Nokia kompaniyasının məhsulları bugün bütün dünyada ən tələb olunan məhsullardan biridir. Məhz Nokia bizə uzaqda olarkən belə,ünsiyyət üçün multimediya cihazlarının yaratdığı imkanları yaradır. Nokia cihazları uzun müddətdir ki, sahiblərinin rifahı və onların təkraredilməz üslüblarının sübutuna çevrilmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, mobil cihazlar digər şirkətlərin məhsulları ilə müqayisədə, daha rahat, etibarlı və funksional sayılırlar. Şərhsiz qeyd etmək lazımdır ki, Nokia mobil telefonlar bazarında qəti lider hesab olunur. Yeni texnologiyalara maya qoyaraq və istehlakçılara nadir istehsallar təqdim edərək,kompaniya hər zaman inkişaf edir. Məsələn, 2011-ci ilin yaz aylarında Nokia dünyaya daha bir nadir və çoxfunksional rabitə cihazını, Nokia X7 modelini bəxş etdi!
İlk olaraq, bu model gənc auditoriya və hər zaman texnika sahəsində yeniliklər öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Cihaz 640 x 360 pikselli, ikiqat işıqdiodlu işartı, HD-formatda video çəkiliş etmək imkanı yaradan 8 Mpiks kamera, 4-düymlük sensor displey ilə təchiz edilmişdir. Bundan əlavə cihazda Wi-Fi, GPS, Bluetooth 3.0, HSPA və FM-radio kimi yararlı funksiyalarda öz yerin tapmışdır. Sevindirici haldır ki, Nokia X7 modeli tək ünsiyyət vasitəsi deyil, həm də özündə geniş miqdarda imkanlar birləşdirən cihazıdr. Bu modeli uyğun qiymətə əldə etmək olar. Modelə ilk nəzər yetirdikdə, onun parlaq, təkrarolunmaz və dəbli üslubu nəzərə çarpır. Belə ki, smartfonun korpusu alümin örtükdən ibarət olan plastikdəndir, üst hissəsi isə şüşədəndir. Əsas cazibədarlığı modelə künclərinin kəsik formada olması verir ki, burada da rahatlıq üçün iki dinamik və mikrofon yerləşdirilmişdir.
Model haqqında daha ətraflı məlumat üçün bu keçiddən ala bilərsiniz.