məsələn:nokia 8800

Mobitel 15 yaşını Nokianın Windows telefonlarını təqdim etməklə qeyd etdi.

16 dekabr 2011-ci il tarixində "Kempinski Hotel Badamdar" kompleksində İTC Group şirkətinin 15 illiyinə və Azərbacaynda Nokia Windows telefonlarının təqdimatına həsr olunmuş təntənəli mərasim keçirildi.

İTC Group şirkəti artıq 15 ildir ki, dünyanın ən böyük mobil telefon istehsalçısı olan Nokianın Azərbaycanda rəsmi distribütorudur. İTC Group şirkəti Azərbaycanda Nokia telefonlarını Mobitel zəmanəti ilə satmaqdadır. 15 il ərzində İTC Group Azərbaycan mobil telefon istifadəçilərini və çox saylı Nokia həvəskarlarını daima yeniliklər ilə sevindirməkdədir. Azərbaycanda ilk dəfə olaraq EVOLUTION konsepsiyasılı Nokia salonununda öz məhsullarını təqdim edən şirkət hər zaman müstərilərin məmnunluğunu ön plana qoymuşdur. Təsadüfi deyil ki, Bakıdakı Nokia rəsmi satış nöqtəsi 2009-cu ildə Avropa üzrə ən çox satış edən mağaza ünvanına layiq görülmüşdür. Mobitel bundan sonra da dünya arenasına çıxan, davamlılığı və etibarlılığı ilə tanınan ən son Nokia modellərini istifadəçilərə çatdıraraq müştəriləri sevindirməyə davam edəcəkdir. İstifadəçiyə təqdim edilən hər bir mobil cihaz 1 illik zəmanətlə təmin edilir və bu müddət ərzində Nokianın rəsmi sertifikatını almış təcrübəli mütəxəssisləri telefonda baş verəbiləcək istənilən problemi həll etməyə qadirdirlər.

Nokia Microsoftla əməkdaşlığını bəyan etdikdən bəri bütün Dünya üzrə Nokia pərəstişkarları Wndows əməliyyat sistemli Nokia modelləri səbirsizliklə gözləyirdilər. 26-27 oktyabr 2011ci il tarixində Londonda keçirilən "Nokia World" konfransında təqdim olunan və Nokia Lumia adı ilə bazara təqdim olunan Nokia Lumia 800 və Nokia Lumia 701 modelləri böyük maraq və feyz ilə qarşılandı. Nokia Windows telefonları zövqlü dizaynla yanaşı zövqlu əməliyyat sistemi ilə seçilir. Sensor ekranlı əlvan telefonlar gözəlliyi və cazibəsi ilə yanaşı zəmanə insanımız üçün zəruri ehtiyaca çevrilən funksiyaların və imkanların olması ilə diqqəti cəlb edir. Əldə rahat oturan korpusu cızılmaya davamlı materialdan hazırlanıb. ClearBlack texnologiyası ekran görüntüsünü aydın və mükəmməl edir. Nokia Lumia 800 Nokianın son modeli olan N9-dan ilhamlanan dizayna, AMOLED sensor ekrana, 1.4 GHz prosessor və 16 GB daxili yaddaşa sahibdir. Nokia  Lumia 710 1.4 GHz-lik prosessora malikdir və  ekranı isə 3.7 düym təşkil edir. Azərbaycandakı Nokia sevərlərin də səbirsizliklə gözlədiyi Nokia Windows telefonları tezliklə MobiTel zəmanətilə pərakəndə satışa da təqdim olunacaqdır.

                                                                                                                                                               

 

Мобильные телефоны


 
Корпоративное соглашениеДилерская сетьСервис центрДилерский контракт