məsələn:nokia 8800

Mobitel Zaqatala Regional Texniki Xidmət Mərkəzini istifadəyə verdi.

Nokia-nın Azərbaycanda rəsmi distribütoru Mobitel Azərbaycandakı Nokia istifadəçilərinə göstərilən xidmət səviyyəsinin artırılması istiqamətindəki fəaliyyətin davamı olaraq Zaqatalada Nokianın Texniki Xidmət Mərkəzinin açılışını həyata keçirdi. Zaqatala Texniki Xidmət Mərkəzi Mobitelin Gəncə və Lənkərandan sonra Azərbacaycan regionlarında açılan sayca üçüncü Mərkəzdir.

Nokia telefonları bütün Azərbaycan üzrə olduqca populyardır. Azərbaycanda elə bir ailə tapmaq mümkün deyil ki, onun ən azı bir üzvündə Nokia telefonu olmasın. Regional Texniki Xidmət Mərkəzlərinin açılmasında məqsəd Mobitel zəmanətli telefonlara daha operativ və yerində xidmət göstərə bilməkdir. Belə ki, əvvəllər Bakıdan kənar yaşayan Nokia istifadəçiləri zəmanətli təmir üçün Bakıya getməyə məcbur olurdularsa, regional mərkəzlərin açılması ilə çox qısa zaman içində, Bakıya getmədən peşəkar və ixtisaslı Mobitel ustaları telefonlarda mümkün ola biləcək bütün nöqsanları həll edə biləcəklər. Telefonda ola biləcək nasazlığın müəyyən olunması üçün Mərkəzdə ən son avadanlıq da quraşdırılıb. Nokianın regional nümayəndəsi Ruslan Beissov Zaqatala Texniki Xidmət Mərkəzinin hazırlığını yoxlayaraq Mərkəzə Nokianın rəsmi sertifikatını təqdim etmişdir. Bundan sonra Mobitel zəmanətli Nokia telefonlarının istifadə edən Zaqatala və ətraf rayon sakinləri zəmanətli təmir üçün Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 65 ünvanına müraciət edə bilərlər.

Bu il yaranmasının 15-ci ildönümünü qeyd edən Mobitelin Nokianın Azərbaycanda yayılmasında rolu əvəzsizdir. Mobitel Azərbaycana gətirdiyi orijinal  Nokia telefonlarına bir il pulsuz zəmanət verir. Mobitelin əsas məqsədi mobil telefon istifadəçilərini saxta telefonları almaqdan qorumaqdır. Zaqatala və ətraf rayonlarda bu mövzu xüsusilə aktualdır. Qonşu ölkələrdən heç bir sertifikatı olmayan və mənşəyi bilinməyən qeyri-orijinal saxtalaşdırılmış Nokia telefonları mağazalarda açıq-açıq satılmaqdadır. Saxta telefondan qorunmaq üçün Nokia telefonunun üzərində Mobitel holoqramının və zəmanət talonunun olub-olmamasını yoxlamaq lazımdır. Ancaq bu yolla Siz aldığınız Nokia telefonunun orijinal olduğuna əmin olub bir il ərzində pulsuz zəmanət əldə edəbilərsiz.

 

Nokia haqqında

Biz, Nokia amalımızı insanları birləşdirmək sayırıq. Biz, insanları onlar üçün vacib sayılan şeylərə yaxın olmaq imkanı verən fərdiləşmiş xidmətləri qabaqcıl texnologiyalarla birgə təklif edirik. Sadə telefonlardan başlamış müasir smartfonlar və geniş funksiyalı mobil kompüterlərə qədər Nokia şirkətinin cihazları vasitəsilə gündə 1.3 milyard insan bir-biri ilə əlaqə saxlayır. Nokia hal-hazırda Nokia mağazası vasitəsilə cihazlarına innovativ xidmətləri inteqrasiya edir. Bu xidmətlərə musiqi, xəritələr, proqram əlavələri, elektron poçt və s. daxildir. Nokia-nın struktur bölməsi olan NAVTEQ kompleks rəqəmsal kartoqrafiya və naviqasiya xidməti sahəsində qabaqcıl mövqe tutur. Nokia Siemens Networks şirkəti isə bütün dünya üzrə rabitə şəbəkələrini avadanlıq və onların tətbiqi həlləri ilə təmin edir.

                                                                                                                                                                                          

 

Мобильные телефоны


 
Корпоративное соглашениеДилерская сетьСервис центрДилерский контракт